Aİ ilə Azərbaycan arasında əməkdaşlığa dair iclas dekabrda keçiriləcək

17 Noyabr 2017 15:36 (UTC+04:00)

"Avropa İttifaqı ilə Azərbaycan arasında əməkdaşlıq üzrə sonuncu alt komitənin iclası dekabr ayında Brüsseldə keçirilməlidir”.

AzNews.az xəbər verir ki, bu sözləri APA-ya açıqlamasında xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev deyib.

O bildirib ki, artıq 3 alt komitənin iclası keçirilib: “Yalnız Humanitar və sosial məsələlər üzrə alt komitənin iclası qalıb. Ondan sonra alt komitələr bitəcək və Əməkdaşlıq Komitəsinin iclası olacaq. Əməkdaşlıq komitəsinin iclası gələn il olacaq".