Ərdoğandan ABŞ-a sərt ittiham

17 Noyabr 2017 15:52 (UTC+04:00)

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ərdoğan bəyan edib ki, İŞİD-in bütün maliyyəsi ABŞ-dan gəlir.

"ABŞ bizi çox təsirləndirdi. İŞİD-lə mübarizə apardığını deyir, amma onlara pul göndərir". - deyə Ərdoğan bildirib.

Türkiyə prezidenti deyib ki, əvvəllər də kimin harada nə etdiyi haqqında geniş məlumata malik olublar:

"ABŞ-ın bu qruplaşmalar vasitəsilə həyata keçirmək istədiyi ssenarini bilirik. İttifaq başqa bir şey, müttəfiqliyə sığmayacaq hərkətləri etmək də tam başqa bir məsələdir. Biz Afrində ABŞ-la brigə hərəkət etməyəcəyik. ABŞ həmişə razılaşmaları pozur” - Ərdoğan əlavə edib.