Sabah Bakının bu ərazisində işıq kəsiləcək

17 Noyabr 2017 17:06 (UTC+04:00)

AzNews.az xəbər verir ki, ”Azərenerji” ASC-yə məxsus 110/35/10 kV-luq Əhmədli yarımstansiyasında aparılan təmir işləri ilə əlaqədar olaraq 18 noyabr 2017-ci il tarixində saat 01.30-dan 04.30-a qədər Xətai rayonu Əhmədli yaşayış massivinin bir hissəsində (General Şıxlı,Nəsrəddin Tusi,Sarayev,Neapol,Məhəmməd Hadi,Sadıqcan,Telnov küçələri) elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq.

Yaranan narahatçılığa görə “Azərişıq” ASC İstehlakçılardan üzr istəyir.