Şumaxerin bolidi rekord qiymətə satıldı

17 Noyabr 2017 18:58 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu isə indiyə kimi satılan ən bahalı Formula 1 bolididir.

Qeyd edək ki, Ferrari F2001 tarixi maşınlarla bir sırada deyil, Endi Uorxol, Frensis Bekon və Jan-Mişel Baskiya kimi nüfuzlu müasir incəsənət nümayəndələrinin əsərləri ilə birlikdə həraca çıxarılıb. Həmin hərracda Frensis Bekonun "Corc Dayerin 3 etüdü" triptixi 38.6 milyon dollara satılıb.

Daha əvvəlki rekord Ferrari F2004 bolidinə məxsus idi. Həmin maşını da Mixael Şumaxer idarə edib. Bu model isə 2005-ci ildə 3 milyon dollardan bir qədər artıq qiymətə satılmışdı.