Sumqayıtda mənzildə yanğın olub

17 Noyabr 2017 22:06 (UTC+04:00)

AzNews.az FHN-ə istinadən xəbər verir ki, Sumqayıt şəhərində beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində olan 3 otaqlı mənzilin, hamam otağının lambirdən ibarət tavanı 4 m2 sahədə yanıb.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.