FHN Bakıda baş verən qəza ilə bağlı məlumat yayıb

17 Noyabr 2017 23:42 (UTC+04:00)

AzNews.az FHN-nə istinadən xəbər verir ki, Bakının Binəqədi rayonunda “VAZ” markalı minik və “SHACMAN” markalı yük avtomobillərinin toqquşması nəticəsində yol-qəzası baş verib.

Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə gələrək sıxılmış vəziyyətdə qalan sürücü və sərnişini minik avtomobilindən çıxarıblar. Əməliyyat başa çatıb.