Etilen istehsalı 9,9% azalıb

18 Noyabr 2017 14:37 (UTC+04:00)

AzNews.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu həcmin 28,9 min tonunu əmtəəlik məhsul təşkil edib.

Hesabat dövründə ölkədə həmçinin 71,6 min ton polietilen, 73,8 min ton etilen istehsal olunub.

Bu ilin 10 ayında Azərbaycanda propilen istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 10,4%, polietilen istehsalı 9,8%, etilen istehsalı 9,9% azalıb.

Noyabrın 1-i tarixinə ölkə üzrə 1,7 min ton propilen, 2,5 min ton polietilen, 0,05 min ton etilen hazır məhsul ehtiyatı qalıb.