Ermənistan əsgərləri təlaşda - Gözəlikyan hamıya qənim kəsilib

18 Noyabr 2017 16:48 (UTC+04:00)

AzNews.az "Report"a istinadən xəbər verir ki, o, hər cüzi məsələ üstündə əsgər yoldaşlarını döyür.

Artıq Q.Gözəlikyan özünün “qaydasız döyüş yarışlarına” başqa bölmələrin əsgərlərini də cəlb edib. Bu günlərdə onun “qəhrəmanlığı” səbəbindən başqa bölükdə xidmət edən hərbi qulluqçu Qaqik Nersesyan hərbi hospitala düşüb.

Q.Gözəlikyanın döyərək ağır bədən xəsarətləri yetirdiyi əsgərin ailəsi şikayət etməsin deyə, Q.Nersesyanın valideynlərinə hadisə ilə bağlı heç bir məlumat verilməyib.

Xəbərdə bölüyün əsgərlərinin Q.Gözəlikyanın əlindən təngə gəldikləri və tezliklə ya onun xidmətini davam etdirmək üçün başqa yerə keçirilməsini, ya da həbs edilməsini istədikləri bildirilir.