Bakıda bina yandı - 23 nəfər təxliyə olundu

18 Noyabr 2017 19:42 (UTC+04:00)

AzNews.az FHN-ə istinadən xəbər verir ki, Bakı şəhəri, Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasının 7-ci mərtəbəsinin pilləkən qəfəsində quraşdırılan 8 ədəd elektrik sayğacı yanıb. Yanğın zamanı 23 nəfər bina sakini təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.