Avtomobil radar dirəyinə çırpıldı - Polis öldü + Yenilənib

18 Noyabr 2017 21:12 (UTC+04:00)

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, qəza nəticəsində ölən sərnişin Sabirabad rayon Polis Şöbəsinin serjantı Cavadov Nicat Əlimirzə oğlu, xəsarət alan isə sürücü, polis baş leytenantı Sultanov Şəhriyar Əhliyar oğludur.

Məlumata görə, qəzaya səbəb havanın qatı dumanlı olması olub.

***

20:40

Sabirabad rayonunda bir nəfərin ölümü, daha bir nəfərin isə xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.

AzNews.az APA-ya istinadən xəbər verir ki, hadisə Sabirabad rayonu Şəhriyar kəndi ərazisində qeydə alınıb. Məlumata görə, Hacıqabul-Bəhrəmtəpə avtomobil yolunun 21-ci kilometrliyində 99 BP 963 dövlət nömrə nişanlı “VAZ 21015” markalı avtomobil radar dirəyinə çırpılıb. Nəticədə 1 nəfər ölüb, 1 nəfər isə xəsarət alaraq Şirvan rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qəzanın səbəbləri araşdırılır.