Azərbaycanda ayaqqabı istehsalı azalıb

18 Noyabr 2017 21:00 (UTC+04:00)

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu ilin 10 ayında istehsal edilən ayaqqabıların sayı ötən ilin müvafiq dövründən 35,1% az olub.

Oktyabr ayında ölkədə ayaqqabının qiymətində sentyabr ayına nisbətən 0,6% artım qeydə alınıb. Hesabat dövründə isə ayaqqabının qiyməti illik müqayisədə 18,2% artıb.

AzNews.az