Daha bir yol qəzası

18 Noyabr 2017 22:51 (UTC+04:00)

“Report”un Aran bürosu xəbər verir ki, hadisə bu gün axşam saatlarında Hacıqabul-Bəhrəmtəpə magistral yolunun rayonun Qaragüney kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

İki avtomobilin toqquşması nəticəsində Sabirabadın Qaratoğay kənd sakini, 55 yaşlı Vəlixan Heydər oğlu Heydərov müxtəlif dərəcəli ağır bədən xəsarəti alıb. Yaralı Şirvan Şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

AzNews.az