Qazaxda ağır qəza - 1 nəfər ölüb, 5 nəfər yaralanıb

19 Noyabr 2017 13:54 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, sürətli hərəkətdə olan “Opel” markalı minik avtomobili digər minik avtomobili toqquşub.

Qəza nəticəsində 6 nəfər bədən xəsarəti alıb. Yaralılar Qazax rayon Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onlardan biri – Qazax rayon sakini, 1993-cü il təvəllüdlü Abayev Allahverdi Rasim oğlu dünyasını dəyişib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.