Makau Grand Prisində milyonluq qəza - 12 maşın toqquşdu (Video)

19 Noyabr 2017 14:37 (UTC+04:00)

AzNews.az xəbər verir ki, qəza nəticəsində 12 yarış avtomobili toqquşub.

Sürücü Daniel Juncadella ilk dövrədə baryerə ilişib. Nəticədə arxasında olan avtomobillər də döngə çox dar olduğuna görə bir-birinin arxasıyca toqquşub.

Xoşbəxtlikdən sürücülərdən heç biri xəsarət almayıb. Bu qəzadan yalnız 4 avtomobil pit stopdan sonra yarışı davam etdirə bilib.

Kvalifikasiya turunda Mercedes-AMG GT3 sürücüsü Edoardo Mortara poul qazanıb.

Qeyd edək ki, bu trasda mütəmadi olaraq qəzalar baş verir. Ötən gün motoyarışçı 31 yaşlı Daniel Hegarty həyatını itirib.