Muqabe hakim partiyanın sədri postundan uzaqlaşdırılıb

19 Noyabr 2017 16:20 (UTC+04:00)

AzNews.az RiaNovosti-yə istinadən xəbər verir ki, iclasda ölkənin 93 yaşlı prezidenti Robert Muqabe partiyanın sədri postundan çıxarılıb.

Partiyanın yeni sədri ölkənin sabiq vitse-prezidenti Emmerson Mnanqaqva seçilib. Noyabrın 6-da məhz E. Mnanqaqvanın vitse-prezident postundan uzaqlaşdırılmasından sonra ölkədə siyasi böhran yaranıb, ordu vəziyyətə müdaxilə edib. Nəticədə R. Muqabe ev həbsinə məhkum edilib. İclasda R. Muqabenin həyat yoldaşı, E. Mnanqaqvanın əsas siyasi rəqibi Qreys də partiyadan çıxarılıb