Bakıda gənc qız gecə klubunda döyüldü

19 Noyabr 2017 18:37 (UTC+04:00)

AzNews.az qafqazinfo-ya istinadən verdiyi xəbərə görə, hadisə gecə saat 02 radələrində Rəşid Behbudov küçəsində yerləşən "Seyf" klubda baş verib.

Klubda müştərilər arasında yaranan mübahisə zamanı Nahid adlı şəxs 1996-cı il təvəllüdlü Gülarə İsayevanı döyüb, sonra isə bıçaq çıxararaq vuracağı ilə hədələyib. Klubdakı insanlar onları sakitləşdiriblər.

21 yaşlı klubdan ayrılaraq polis bölməsinə gedib və onu döyən şəxsdən şikayət edib. Araşdırma aparılır.