Avrasiya Universitetində Xoca filmi nümayiş olunub

25 Fevral 2013 17:38 (UTC+04:00)
Bu gün Bakı Avrasiya Universitetinin akt zalında Xocalı faciəsinin 21-ci ildönümünə həsr edilmiş anım tədbiri keçirilib. AzNews.az-ın məlumatına görə, tədbirdə Xocalı faciəsinin qurbanları bir dəqiqəlik sükutla yad edilib.

İclası giriş sözü ilə açan universitetin prorektoru professor Nazim Cəfərli Xocalı soyqrımının dünyada tanınması yolunda dövlət başçısının sərəncamlarını tələbələrin diqqətinə çatdırıb və bu istiqamətdə gənclərin üzərinə düşən vacib məqamlara toxunub.

Daha sonra tələbə-müəllim kollektivi Xocalı faciəsi ilə bağlı düşüncələrini dilə gətiriblər.

Tədbirin sonunda "Xoca" filmi nümayiş etdirilib.

AzNews.az