Sevgilisi işləməyə icazə vermədi - Onun döş qəfəsinə...

20 Noyabr 2017 10:58 (UTC+04:00)

AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, öldürülən kişinin qatili öz sevgilisidir.

Məlumata görə, qadın bıçaqla sevgilisinin döş qəfəsinə çoxsaylı zərbələr endirib.

Saxlanılan qadın ifadəsində deyib ki, qətli törədən zaman içkili vəziyyətdə olub və sevgilisi onu işləməyə qoymadığı üçün öldürüb.

Hazırda faktla bağlı cinayət işi açılıb, araşdırma gedir.