“YouTube”da yerləşdirilən bu videolara sərt qadağa qoyulacaq

20 Noyabr 2017 12:36 (UTC+04:00)

Google, "YouTube"dakı fanatik videoları yox etməsinin bir nümunəsi olaraq artıq "ABŞ və ya İngiltərə hökümətləri tərəfindən terrorist olaraq göstərilən şəxs və ya qrupları göstərən" videoları əngəlləyir.

AzNews.az "Reuters"-ə istinadən xəbər verir ki, bu videolara, hər hansı bir dəhşət və şiddət göstərməyən və ya nifrət təşviqi etməyənlər də daxildir. "New York Times" qəzetinin yazdığına görə isə fanatik din adamı Ənvər əl-Əvlaki tərəfındən yüklənən 50000 video ötən həftənin əvvəlində silinib. 2011-ci ildəki bir dron saldırmasında öldürülən adamın dünya çapında bir çox terror olayı ilə bağlantısı olduğu bildirilir.

Xəbərdə qeyd edilir ki, "Google" da digər internet nəhəngləri olan "Facebook" və "Twitter" kimi onlayn şəkildə terrorizmə qarşı mübarizə aparır. Şirkət bir müddət əvvəl də istənilməyən mövzuları silmək üçün bunları daha yaxşı təyin edən vasitələrin inkişaf etdirildiyini açıqlamışdı. Təbii ki, "Google"-un bu çabalarının nə qədər təsirli olacağını zaman göstərəcək. Xəbərlərə görə, axtarış nəhəngi hələ bütün fanatikləri platformasından silib təmizləyə bilməyib.

Elgün MƏNSİMOV
AzNews.az