3 monitorlu kompyuterlər satışa çıxarıldı - VİDEO

20 Noyabr 2017 13:14 (UTC+04:00)

Satışa 3 monitorlu kompyuterlər çıxarılır. "Slide'N Joy" şirkəti tərəfindən təqdim edilən kompyuterləri eyni anda bir və ya üç nəfər istifadə edə bilər. Bu texnoloji avadanlıqların bir çox üstünlüklərə malik olduğu bildirilir.

AzNews.az "Slide'N Joy" şirkətinin saytına istinadən xəbər verir ki, bu superkomyuterlərin sağ və sol monitorları 180 dərəcə döndərilə bilir. Monitorların USB kabeli vasitəsilə digər kompyuterlərə də qoşulmaq imkanı var. Bu kompyuterlərin sadə modelinin qiyməti 394 ABŞ dollarıdır.t