Lent.az-ın əldə etdiyi məlumata görə, Lökbatan qəsəbəsi yaxınlığında (qəbiristanlığın kənarında) yerləşən alimunium məhsulları müəssisəsindəki partlayışda ölən şəxsin oranın işçisi Məmmədov Bəhmən Heydər oğlu olması dəqiqləşib. Onun meyiti morqa aparılıb və daha sonra ailəsinə təhvil veriləcək.
Qeyd edək ki, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir və araşdırmalar davam etdirilir.
***
12:51
Bakıda zavodda partlayış olub
AzNews.az APA-.ya istinadən xəbər verir ki, hadisə bu gün saat 11.00 radələrində paytaxtın Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində yerləşən, türkiyəli iş adamına məxsus zavodda qeydə alınıb.
Partlayış nəticəsində bir nəfər ölüb, daha bir nəfər xəsarət alıb.
Hazırda hadisə yerində araşdırma aparılır.
Sosial səhifələrdə paylaş