İti ilə yolu keçən idmançı qızı maşınla vuran sürücüyə hökm oxundu

20 Noyabr 2017 13:12 (UTC+04:00)

"Report"un xəbərinə görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə Ə.Məmmədov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 28 iyun 2017-ci il tarixdə saat 21:10 radələrində Xətai rayonu ərazisində Masallı rayon sakini 1962-ci il təvəllüdlü Məmmədov Əlifağa Abdul oğlu sərxoş vəziyyətdə idarə etdiyi özünə məxsus “BMW” markalı, AZ 90-XU-928 dövlət nömrə nişanlı avtomobillə yolu iti ilə keçən piyada, 1995-ci il təvəllüdlü Məmmədova Reyhan İlqar qızını vurub, sonuncu aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.

Faktl bağlı Xətai rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263-1.3-cü (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb, müvafiq ekspertizalar təyin edilib.

Cinayəti törətməkdə şübhəli bilinən Ə.Məmmədov tutulub.

AzNews.az