Hamilə qadın gələcək körpəsini satışa çıxardı - 8600 azn

20 Noyabr 2017 16:55 (UTC+04:00)

AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, Moskva vilayətinin hüquq-mühafizə orqanları 32 yaşlı qadını saxlayıblar.

Saxlanılan qadın etiraf edib ki, sosial şəbəkədə "yeni doğulan uşaq alıram" başlıqlı elanı görüb və maddi vəziyyəti ağır olduğundan gələcək körpəsini 300 min rubl-a (8600 azn) satmaq qərarına gəlib.

Fakta bağlı cinayət işi açılıb, istintaq gedir.