Gürcüstanla sərhəddə erməni hərbçi bıçaqlanıb

20 Noyabr 2017 17:54 (UTC+04:00)

AzNews.az AzVision.az-a istinadən xəbər verir ki, hadisə bu gün baş verib. Belə ki, Nəzarət-Buraxılış Məntəqəsində sərhəd xidmətinin hərbçisi “Mersedes-Benz” markalı avtomobili yoxlamaq məqsədi ilə saxlayıb.

Baqrataşen kəndinin sakinləri olan iki qardaş buna etiraz edib. Nəticədə tərəflər arasında mübahisə düşüb. Qardaşlardan biri əlindəki bıçaqla hərbçini bıçaqlayıb.

Saxlanıldıqdan sonra kişi kəsici alətlə damarlarını doğramaq istəyib. Hazırda o, Noemberyan polis şöbəsinin təcridxanasında saxlanılır.

Hadisə ilə bağlı cinayət işi açılıb.