Prezident Ramiz Rzayevi mükafatlandırdı

25 Fevral 2013 18:53 (UTC+04:00)
Azərbaycan prezidenti İlham Əliyev Ali Məhkəmənin sədri Ramiz Rzayevin "Şöhrət" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

APA-nın məlumatına görə, R. Rzayev Azərbaycan Respublikasının məhkəmə hakimiyyəti orqanlarında səmərəli fəaliyyətinə görə təltif edilib.