Sabah Ermənistan “donacaq“- VİDEO

25 Fevral 2013 20:56 (UTC+04:00)



Sabah səhər saat 11.00-də Ermənistanda ümumtələbə tətili elan edilib. Bu qərarı bu gün paytaxt İrəvanın bir neçə ali təhsil müəssisəsinin qarşısında toplaşan tələbələr Ermənistan Mərkəzi Seçki Komissiyasının (MSK) binasına doğru yürüşdən sonra qəbul ediblər. Tələbələr MSK-nın fevralın 18-də keçirilmiş seçkilərlə bağlı elan etdiyi rəsmi nəticələrlə razılaşmayaraq, komissiya sədrinin məsuliyyətə cəlb olunmasını tələb edib.

Xatırladaq ki, MSK-nın bu gün açıqladığı məlumata əsasən, hazırki prezident Serj Sarkisyan səslərin 59, "İrs" partiyasının sədri Raffi Ovanisyan isə 37 faizini toplayıb. MSK-nın açıqladığı yekun nəticələr seçkilərdən sonra açıqlanan ilkin rəqəmlərdən fərqlənmir.



AzNews.az