İsmayıl Kahraman yenidən Türkiyə Böyük Millət Məclisinin sədri seçilib

20 Noyabr 2017 19:20 (UTC+04:00)

AzNews.az Anadolu agentliyinə istinadən xəbər verir ki, parlamentin iclasında keçirilən səsvermənin üçüncü turunda 509 deputatdan 289-nun səsini toplayan İ.Qəhrəman yenidən TBMM-in sədri olub.

Xatırladaq ki, İsmayıl Kahraman TBMM-in sədri vəzifəsinə 2015-ci il noyabrın 22-də seçilib.