Astara sakini intihar edib

20 Noyabr 2017 19:43 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, hadisə Astaranın Şümrüd kəndində baş verib.

Kənd sakini, 1988-ci il təvəllüdlü Vasif Cavad oğlu Musayev özünü kəndirlə asaraq intihar edib. İntiharın səbəbləri məlum deyil.

V. Musayevin ruhi xəstə olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.