Doğuş zamanı əkiz övladlarını itirən ana komadan ayılmayıb

20 Noyabr 2017 22:36 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhərində yerləşən Abşeron Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində baş verib.

1995-ci il təvəllüdlü Tapdıqlı Aytac Qorxmaz qızı komadan ayılmayıb.

Qadının meyiti müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.