Bərdə sakini laqonda ilə ayağını kəsib

20 Noyabr 2017 23:31 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun Bahadur Hacıyev küçəsində yerləşən mənzillərdən birində baş verib.

Şəhər sakini, 1975-ci il təvəllüdlü Məmmədov Nazim Yaqub oğlu öz həyətində işləyən zaman ehtiyatsız davranaraq laqonda ilə sol ayaq pəncəsini və barmaqlarını kəsib.

Yaralı yaxınları tərəfindən Bərdə Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Yaralı dərhal əməliyyat olunub. Hazırda onun vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.