Qaranlıqda video izləmək daha rahat olacaq - "YouTube"da

21 Noyabr 2017 10:28 (UTC+04:00)

Bu səbəbdən "Google” mühəndisləri mobil proqramda qara rəngli interfeysin tətbiqinə hazırlaşırlar.

AzNews.az-ın məlumatına görə, qara rəng çalarlarından istifadəyə əsaslanan tərtibat qaranlıqda "YouTube” servisində video izləməyi daha rahat edəcək. Bu yenilik "OLED” displeyi ilə təchiz edilmiş mobil qurğuların sahibləri tərəfindən xüsusilə qiymətləndiriləcək. Çünki qara rəngin göstərilməsi elektrik enerjisi sərf etmir.

"YouTube”un masaüstü versiyasının istifadəçilərinə əlçatan olan qara rəngli interfeys artıq mobil qurğular üçün hazırlanır.