Aeroport yolunda qəza

25 Fevral 2013 22:00 (UTC+04:00)


Xəzər rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün saat 21.00 radələrində Hava Limanı yolunda qeydə alınıb. "Qazel" markalı yük maşını "Hyundai" markalı minik maşını ilə toqquşub. Nəticədə 3 nəfər müxtəlif xəsarətlərlə 3 saylı şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Hazırda həmin şəxslərin kimliyi araşdırılır.

Xəstəxanadan verilən məlumata görə, yaralılardan birinin vəziyyəti ağırdır.

AzNews.az