Uyğur məhbuslar tunel qazıb qaçdılar

21 Noyabr 2017 12:06 (UTC+04:00)

Tailandın cənubundakı Sonqkla şəhərində bir həbsxanada tutulan 25 uyğur məhbus qaçmağa çalışıb.

AzNews.az xəbər veirir ki, yerli "Khaosod" qəzetinin internet saytında yer alan xəbərə görə, Sadao bölgəsindəki mərkəzdə qaçan məhbuslardan 5 nəfəri polis tərəfindən tutulsa da, 20 nəfəri hələ də axtarılır.

Polis məmuru Seksan Kaesavang qaçan uyğurların hamamın divarında dəliklər açdığını və Malayziya sərhədindəki mərkəzin tikanlı divarına dırmanmaq üçün ədyallardan istifadə etdiklərini bildirib. Polis məmurları qaçaqların Malayziyaya yönəldiklərini təxmin edərək onların tapılması üçün Malayziya polisi ilə işbirliyi quracaqlarını bəyan ediblər.