YAP rəhbərliyi Heydər Əliyevin məzarını ziyarət edib - Foto

21 Noyabr 2017 12:12 (UTC+04:00)

AzNews.az Trend-ə istinadən xəbər verir ki, bu münasibətlə partiyanın rəhbərliyi və üzvləri Fəxri xiyabana gələrək YAP-ın qurucusu, ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.