Türkiyə NATO ilə münasibətləri kəsməyəcək - Rəsmi Ankara

21 Noyabr 2017 12:33 (UTC+04:00)

AzNews.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın deyib.

France 24 telekanalının müxbirinin sualını cavablandıran türkiyəli rəsmi, ölkəsinin bir neçə onilliklər ərizndə NATO-nun tərkib hissəsi olduğunu vurğulayıb.

İbrahim Kalın deyib ki, Norveçdəki insidentlə bağlı araşdırma gedir, bir neçə nəfər işdən qovulub. Türkiyə dövlətinin əsas məqsədi bu insidentin baş verməsi deyil, niyə və necə baş verməsidir.

Kalın həmçinin ABŞ-ı Türkiyənin terrorçu təşkilatlar siyahısına daxil etdiyi Suriya kürdlərinə yardım etməkdə günahlandırıb.