“Ağır oyuna hazırlaşırıq” - Qurban Qurbanov

21 Noyabr 2017 13:39 (UTC+04:00)

“Report” xəbər verir ki, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovnoyabrın 22-də Çempionlar Liqasının qrup mərhələsinin V turunda İngiltərənin “Çelsi” komandasına qarşı Bakıda keçiriləcək oyunu şərh edərkən deyib.

45 yaşlı mütəxəssis Bakı Olimpiya Stadionunda təşkil edilən mətbuat konfransında jurnalistlərin suallarını da cavablandırıb.

- Pedro Enrikenin yerinə kimə şans verəcəksiniz? Dani Kintananın durumu necədir?

- Əlimizdə olan digər futbolçulardan yararlanmağa çalışacağıq. Pedro barədə düşünmürük. Daninin durumu isə oyuna qədər bilinəcək, vəziyyəti normaldır.

AzNews.az