Sürücülərin diqqətinə - Xəbəriniz olmadan vəsiqəsiz qala bilərsiniz

21 Noyabr 2017 17:30 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov bildirib.

Ekspert bəzi məhkəmələr tərəfindən atılan bu addımın qanunazidd olduğunu qeyd edib:

“Hörmətli hakimlərin və onların köməkçilərinin diqqətinə çatdırıram ki, İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsi sürücünün məlumatı olmadan belə işlərə baxmağı qadağan edir. Ən başlıcası isə odur ki, bildirişi alan və işin nə yerdə olduğunu anlayan sürücü ağır şərtlərlə kredit alsa da, cəriməni ödəyəcək və sizin əziyyət çəkib qərar çıxarmağınıza ehtiyac qalmayacaq”.