Bu gün “Qarabağ”ın oyununa gedənlərin nəzərinə!

22 Noyabr 2017 11:42 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu gün “Çelsi” ilə qarşılaşacaq “Qarabağ” futbol klubu rəsmi İnstaqram səhifəsində azarkeşlərə müraciət edib.

Məlumatda bildirilir:

“Girişdə qarışıqlıq yaşamamaq üçün arenaya gələrkən E qapısında yerləşən Şərq körpüsündən və S qapısında yerləşən Cənub körpüsündən istifadə edin. Çıxış zamanı isə BNA tərəfindən təqdim olunan avtobuslara getmək lazımdır. İctimai dayanacaqla bağlı N qapısında yerləşən Şimal körpüsündən, metronun “Koroğlu” stansiyası üçün isə S qapısında yerləşən Cənub körpüsündən istifadə edilməlidir. Heydər Əliyev prospektində yerləşən ictimai dayanacaq oyundan 3 saat əvvəl açıq olacaq.

Qarşılaşmaya 3 saat əvvəl gəlməyiniz xahiş olunur”.