Müğənni öz həmkarını zorlamada ittiham etdi - 18 yaşımda məni zorlayıb

22 Noyabr 2017 13:50 (UTC+04:00)

AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, amerikalı müğənni Melissa Şuman Backstreet Boys qrupunun keçmiş solisti Nik Karteri onu zorlamaqda ittiham edib.

Melissanın dediyinə görə, zorlama 2002-ci ildə baş verib. O vaxt müənninin 18 yaşı var idi. Karter isə 22 yaşında olub.

Şuman o vaxt karyerasına mənfi təsirdən qorunmaq üçün bu sirri qoruyub.