Evdə partlayış oldu - Ailə üzvləri yaralandı

22 Noyabr 2017 14:21 (UTC+04:00)

APA-nın xəbərinə görə, hadisə rayonun Eyvazlı kəndində baş verib.

23 yaşlı Xəlilova Türkan Akif qızı odun sobasını kimyəvi məhlulla yandırmaq istəyərkən ani partlayış baş verib.

Alovun T. Xəlilovanı bürüdüyünü görən ailə üzvü Əfsanə Əhmədova odu söndürməyə nail olsa da, özü də yanıq xəsarəti alıb.

Onların hər ikisi təcili yardım maşını ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

AzNews.az