Rusiya 18 ton pomidoru geri qaytarıb? - Gömrük Komitəsindən açıqlama

22 Noyabr 2017 15:31 (UTC+04:00)

AzNews.az xəbər verir ki, Dövlət Gömrük Komitəsi yayılan bu xəbərlərə münasibət bildirib.

Belə ki, DGK-nın açıqlamasında bildirilir ki, son dövrlərdə Azərbaycan Respublikasından Rusiya Federasiyasına ixrac edilən kənd təsərrüfatı məhsullarının geri qaytarılması faktı qeydə alınmayıb:

“O cümlədən 18 ton pomidor məhsulunun da sənədlərində problem olduğu üçün geri qaytarılması ilə bağlı irəli sürülən iddialar əsassızdır.

Hazırda Rusiya Federasiyası ilə sərhəddə yerləşən bütün sərhəd-gömrük keçid məntəqələrindən kənd təsərrüfatı məhsulları daşıyan nəqliyyat vasitələrinin keçidi davam edir və meydana çıxan hər hansı problem operativ şəkildə həllini tapır”.