Avtobusda dəhşət - Hər kəsin üstünə benzin töküb

22 Noyabr 2017 16:27 (UTC+04:00)

AzNews.az rus mətbuatına istinadən xəbər verir ki, avtobusda 4 nəfər sərnişin olub.

Bir nəfər əlində 5 litrlik yanacaq kanistri içəri daxil olaraq hamının üzərinə benzin töküb və daha sonra alışqanı yandırıb. Sürücü vaxtında onun qabağını alıb.

Faktla bağlı cinayət işi açılıb, istintaq gedir. İnsanları yandırmaq istəyən şəxsin ruhi xəstə olduğu, ruhi dispanserdə qeydiyyatda olduğu deyilir.