SOCAR "Qazprom"dan qaz alır?

22 Noyabr 2017 18:46 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, SOCAR-ın ictimaiyyətlə əlaqələr üzrə rəsmisi İbrahim Əhmədov SOCAR-ın Rusiyanın “Qazprom” şirkətindən 1,6 mlrd. kubmetr həcmində qaz alması ilə bağlı əldə olunmuş razılığa aydınlıq gətirərkən belə deyib.

Onun sözlərinə görə, bu anbarlar xaricdən müxtəlif həcmlərdə qaz almağa imkan verir: “Bu qaz həcmləri sonradan zəruriyyətə və ehtiyaca görə istifadə olunacaq”.

SOCAR rəsmisi bildirib ki, alınan qaz xarici bazara da ixrac edilə, daxili bazarda emal və sair məsələlər üçün də istifadə oluna bilər.

Xatırladaq ki, SOCAR və Rusiyanın “Qazprom” şirkəti Azərbaycana təbii qazın tədarükünün bərpa edilməsi ilə bağlı razılığa gəlib. Müqavilə noyabrın 21-də imzalanıb. Təbii qazın tədarükü artıq noyabrın 22-də başlayacaq.

Müqaviləyə əsasən, SOCAR 1,6 mlrd. kubmetr həcmində Rusiya qazı alacaq.