Qərb rayonlarına qar yağıb

22 Noyabr 2017 19:03 (UTC+04:00)

AzNews.az Report-a istinadən xəbər verir ki, noyabrın 22-də günorta saatlarından yağan yağış daha sonra qara çevrilib.

Hazırda Daşkəsən rayonunda qarlı hava şəraiti davam edir və qarın qalınlığı 5 santimetrə yaxındır. Anoloji hava şəraiti Gədəbəy rayonunda da davam edir və orda da qalın qalınlığı 3-4 santimetri keçib. Hər iki rayonda qarlı hava şəraitinin davam etməsinə baxmayaraq, hələki avtomobil yollarında çətinliklərin yaranmadığı bildirilir.