Bakıda dərs zamanı məktəb binasının damı uçdu - Foto

22 Noyabr 2017 20:04 (UTC+04:00)

AzNews.az Yenicag.az-a istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 233 saylı məktəbdə baş verib. Şahidlərin sözlərinə görə, hadisə dərs vaxtı olub. Belə ki, güclü külək dam örtüyünü uçurdub.

İlkin məlumata görə, xəsarət alan yoxdur.