Binəqədi şosesində hərəkət bərpa olunur

22 Noyabr 2017 20:17 (UTC+04:00)

AzNews.az xəbər verir ki, “Azəravtoyol” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, şose boyu tikinti işlərinin əsas hissəsi yekunlaşıb.

Onun sözlərinə görə, bundan sonra təmir-tikinti işləri, o cümlədən asfalt-beton örtüyünün son qatının döşənməsi işləri də hərəkət tam dayandırılmadan, hissə-hissə məhdudlaşdırma tətbiq olunmaqla davam etdiriləcək.