AzNews.az RiaNovosti-yə istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Vladimir Putin üç ölkə liderləri arasındakı Soçi görüşünün yekunu olaraq bəyan edib.
"İŞİD, Cəbhət ən-Nusra və digər ekstremist qruplaşmaları sonuna qədər məhv etməklə bağlı əməkdaşlığı genişləndirmək üçün liderlər hazır olduqlarını təsdiq etdilər".
Qeyd edək ki, bu gün Soçidə Rusiya, Türkiyə və İran dövlət başçılarının üçtərəfli görüşü keçirilib.