Əfqanıstanda üç Gürcüstan hərbçisi yaralanıb

22 Noyabr 2017 21:46 (UTC+04:00)

AzNews.az Apa-ya istinadən xəbər verir ki, Gürcüstanın Müdafiə Nazirliyi bildirib ki, hərbçilər yüngül yara alıblar və hərbi bazanın xəstəxanasına yerləşdiriliblər. Sülhməramlıların vəziyyəti sabitdir və həyatları təhlükədə deyil.

Qeyd edək ki, gürcü hərbçilərindən ibarət batalyon Əfqanıstanda ABŞ-ın “Qəti dəstək” adlı missiyasını həyata keçirir. Batalyonun əsas vəzifəsi Baqram aviasiya bazasının təhlükəsizliyini təmin etməkdir.