Azərbaycanda bu canlı balıqlar gömrük idxal rüsumundan azad edilir

22 Noyabr 2017 21:50 (UTC+04:00)

AzNews.az Trend-ə istinadən xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiq etdiyi “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri” haqqında qərarda əksini tapıb.

Gömrük idxal rüsumundan forel, karp, tuna və digər balıq növləri azad ediləcək. Hazırda canlı balıqlara 0,5 faiz dəyərində gömrük idxal rüsumu tətbiq edilir.