Azərbaycan “premium klass” mühərrik yağlarının istehsalına başlayır

22 Noyabr 2017 22:08 (UTC+04:00)

AzNews.az xəbər verir ki, bu barədə Trend-ə “Yüksək Texnologiyalar Parkı”ndan məlumat verilib.

Məlumata görə, “Millers Oils Azerbaijan”ın istehsalat gücü hazır vəziyyətə gətirilib və istehsalat prosesi təqdimatdan sonra başlayacaq.

Qeyd edək ki, hazırda “Yüksək Texnologiyalar Parkı” Təcrübə-sənaye zavodunun sürtkü yağlarını Türkiyə və Gürcüstana ixrac edir. Planlara bu məhsulun Rusiya və Mərkəzi Asiya ölkələrinə ixracı da daxildir.